Avtomobil səkkiz yaşlı uşağı vuraraq komaya salıb

Cəmiyyət

Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb.

“Report”un məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili Masallı rayon sakini, 2014-cü il təvəllüdlü İ.Abdullayevi vurub.

Yaralı uşaq ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, kəllə əsasının sınığı, çanaq tamlığının pozulması ilə olan çoxsaylı sınıqlar diaqnozu qoyulub.

Hazırda İ.Abdullayev travmatik şokun 3-cü dərəcəsindədir.

Faktla bağlı araşdırma aparılır.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir