Buzovnanın su problemi: Sakinlərin bir qismi su tapmır, bir qismi də içməli suyu yola axıdır – VİDEO

Cəmiyyət

Buzovnada içməli su küçəyə axır. 

Oxu.Az xəbər verir ki, bu barədə redaksiyaya ərazidə yaşayan sakinlər müraciət ediblər. 

Sakinlər iddia edirlər ki, ərazidə suyu su maşınlarından alırlar, qonşu isə yararsız vəziyyətdə olan su xəttini düzəltmir:

“Neçə dəfə su idarəsinə müraciət etmişik, şikayətimizə baxan yoxdur. Camaat su tapmır, su istəyəndə su yoxdur deyirlər. Amma vətəndaş içməli suyu küçəyə axıdır”.

Məsələ ilə bağlı Xəzər Rayon Sukanal İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud xətt “Azərsu” ASC tərəfindən çəkilməyib:

“Sözügedən əraziyə vətəndaşların müraciəti əsasında baxış keçirilib. Su israfının qarşısını almaq üçün tədbir görülür. Lakin sözügedən su xətti vətəndaşın fərdi qaydada, özünün çəkdiyi xətdir. Məsələ ilə bağlı tədbir görüləcək”.

Könül Cəfərli

www.demir-yumruq.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir