Zərdabda maarifləndirmə tədbiri keçirilib

Cəmiyyət DAXİLİ İŞLƏR NAZİRLİYİ

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Zərdab şəhəri 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Murad Muradlı dövrümüzün bəlası olan “ağ ölümün” insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. O, bildirib ki, bu bəlanın qurbanına çevrilən şəxslər sağlam həyata qayıtmağa çətinlik çəkir, vaxt keçdikcə isə cəmiyyətdən tamamilə təcrid olunmağa başlayırlar. Zərərli maddələrin aludəçiliyindən qurtula bilməyən gənclər, öz həyatlarını bilə-bilə məhv edirlər.

Daha sonra çıxış edən digər iştirakçılar narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs ediblər

Tədbirin sonunda məktəblilərə narkomaniyanın  zərərlərini əks etdirən videoçarx nümayiş olunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir