Zəfər günü münasibəti ilə Göygöl rayonunda toplantı keçirilib-FOTO

Cəmiyyət

 

“Zəfər salnaməsi” kimi tariximizə qızıl həriflərlə yazılan 44 günlük Vətən müharibəsinin başa çatmasından artıq iki il ötür. 8 Noyabr – Zəfər günü münasibəti ilə Göygöl Rayon İcra hakimiyyətinin akt zalında toplantı keçirilib. Toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə və idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, gənclər və ziyalılar iştirak ediblər.

Toplantı iştirakçıları əvvəlcə hörmət və ehtiram əlaməti olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra Göygöl şəhər Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.
Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev 8 Noyabr – Zəfər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi.

Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili-xarici siyasəti, dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası erməni faşizmini iflasa uğratdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən ən mühüm amil oldu.

Səmil Şahlaroğlu 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir