Sabirabadda Zəfər Günü ilə əlaqədar təntənəli tədbir keçirildi-FOTO

Cəmiyyət

 

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təntənəli tədbir təşkil olunub.

Sabirabad rayonun mərkəzi meydanında təşkil olunan tədbirdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, 44 gün davam edən və əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini vurğulayıb.

Tədbir bədii hissəsində vətənpərlik mövzusunda şeirlər səsləndirilib, Sabirabad rayon Mədəniyyət Mərkəzi və Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin birgə təşkil etdiyi konsert proqramı nümayiş olunub.

Səmil Şahlaroğlu 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir