Cəlilabadda yanğın başlayıb

Cəmiyyət

Cəlilabad rayonunda yanğın başlayıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Dələli kəndində qeydə alınıb.

İlkin məlumata görə, yanğın əkin sahələrinin olduğu ərazilərdə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad və Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir