İsmayıllıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib.

Cəmiyyət

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov I və II Vətən Müharibəsi şəhidlərinin anaları, bacıları, xanımları və qız övladları ilə görüşüb.
Rayon rəhbəri ərazilərimizin bütövlüyü uğrunda yüzlərlə İsmayıllı gəncinin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə şəhid analarına təşəkkürünü bildirib.
8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə görüşdə iştirak edən xanımlara bayram hədiyyələri təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir