Biləsuvar rayonunda Novruz bayramı qeyd edildi. 

Cəmiyyət

Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan –Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə xalqımızın müqəddəs bayramı olan, özündə adət-ənələrimizi, milli varlığımızın çoxəsrlik tarixini əks etdirən Novruz bayramı tədbiri keçirildi.

Bayram tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, Şirvan-Salyan Regional Təhsl İdarəsinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailəsi, müharibə iştirakçıları iştirak etdi.
Tədbirdə əvvəlcə məktəblilərin hazırladıqları bayram atributlarından ibarət sərgiyə baxış keçirildi. Bayram tonqalı yandırıldı.
Tədbiri giriş sözü ilə açan Şirvan – Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli tədbir iştirakçılarını salamladı, Novruz bayramı münasibətilə təbrik etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruzun gəlişi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, əsrlərin sınağından çıxaraq xalqımızın müqəddəs bayramına çevrilmiş Novruz insanlar arasında dostluq və qardaşlıq duyğularının bərqərar olması üçün həmişə gözəl zəmin yaratmışdır.
Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edərək qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçıları təbrik etdi, xoş arzularını çatdırdı. Bütün dünya azərbaycanlılarının Novruz bayramını hər zaman böyük sevinc və qürur hissilə qeyd etdiyini bildirdi.
Sonra baharın gəlişindən xəbər verən xoş ovqatlı Novruz tədbiri maraqlı konsert proqramı və rəqslərlə davam etdi.
Sonda Vətən müharibəsində iştirak edən bir qrup müəllim təltif olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir