Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı

Cəmiyyət

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyev martın 16-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib, “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.

Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Sahib İsmayılova həvalə olunub.

Qeyd edək ki, Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir