Salyanda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilmişdir.

Cəmiyyət

Konfransda Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları, Tahir Rzayev və Jalə Əhmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, rayon rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Heydər Əliyevin zəngin irsinə həsr olunan videoçarxa baxış keçirilmişdir. Konfrasda çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirmişdir ki, azərbaycançılıq ideologiyasının yaranması və müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Rayon rəhbəri vurğulamışdır ki, Ulu Öndərin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideyası dövlət ideologiyasına çevrilmiş, öz təsir dairəsini genişləndirmiş, ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni cəhətdən daha da inkişaf etməsinə zəmin yaratmışdır.

Konfransda Milli Məclisin deputatları Tahir Rzayev və Jalə Əhmədova, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev və başqaları çıxış edərək azərbaycançılıq ideologiyasının yaranmasından, Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi ruhda tərbiyə edilməsi və ümumilikdə, azərbaycançılıq məfkurəsinin möhkəm, etibarlı bazasının formalaşdırılması sahəsində Ulu Öndərin xidmətlərindən bəhs ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir