Əllərini ocağın hisi tutmuş Murad və küçədə onu tərk etməyən dostu – FOTOREPORTAJ

Cəmiyyət

Bir neçə gündür davam edən şaxtalı havada üşüməmək üçün kiçik ocaq qalayan orta yaşlı kişi yanından keçənlərin diqqətini çəkir.

Ətrafına heç kimi yaxın buraxmayan, üz-gözünü saqqal basmış orta yaşlı şəxs ona tərəf addım atanları nalayiq ifadələrlə özündən uzaqlaşdırır. Əllərini ocağın hisi tutmuş bu evsizin yalnız adı və yaşı məlumdur. 57 yaşlı Murad bir neçə ildir Ceyhun Hacıbəyli küçəsində həyatını davam etdirir.

Ətrafdan topladığı əşyaları ocağa ataraq alovlandıran Murada yanındakı boz rəngli pişik yoldaşlıq edir. Onun bir ayağı isə qaladığı ocaqların birində yanıb. 

Tüfeyli həyat tərzini seçən Muraddan özü haqqında daha ətraflı soruşmaq isə qeyri-mümkündür. Bir çox “bomj”lar kimi bəlkə də o da ailəsindən imtina edib, ailə üzvləri ilə əlaqələrini kəsib və ya əksinə.

“Global Photo Stock”un əməkdaşı bu dəfə küçədə rastlaşdığı evsizin yaşadığı çətinliyi kamerasının yaddaşına köçürüb:

FOTO: Tapdıq Abdullayev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir