Qubada qadını öldürmək istəyən kişini həbs etdilər, qurbanı isə cərimələndi

Cəmiyyət

Qubada tanışını öldürmək istəyən şəxs həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in “102 Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olduqlarını, Əmrahın özünü və qızı öldürmək istədiyini bildirib.

Dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Sumqayıt şəhər sakinləri – Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilib, onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Polis əməkdaşları onların narkotik vasitənin təsiri altında olduqlarını müəyyənləşdirib və barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib ediblər.

Quba Rayon Məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunub, R.Cəfərova isə 400 manat məbləğində cərimələnib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir