Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində xüsusi əməliyyat: Saxlanılanlar var

Cəmiyyət

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında azərbaycanlıların sıx məskunlaşdığı Poniçala (Soğanlıq) qəsəbəsində genişmiqyaslı xüsusi əməliyyat keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Əməliyyat zamanı 22 nəfər saxlanılıb.

Həmin şəxslərin 17-si narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.

Qeyd edək ki, Gürcüstanda bu cinayətə görə 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir