Lvovda həmyerlilərimiz insanlara pulsuz yemək payladılar – VİDEO

Cəmiyyət

Müharibə şəraitində yaşayan Ukraynada həmyerlilərimiz növbəti dəfə humanitar aksiya ilə gündəmə gəliblər.

Azərbaycanlılar bu dəfə Ukraynanın Lvov şəhərində yerli əhaliyə yardım ediblər.

Lvovda yarmarka təşkil edən azərbaycanlılar ehtiyacı olan insanlara pulsuz yemək veriblər.

Qeyd edək ki, bundan əvvəl Ukraynada yaşayan həmyerlilərimizin yerli sakinlərə pulsuz çörək, meyvə paylamaları ilə bağlı görüntülər paylaşılmışdı.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir