Pişiyin qəbiristanlıqda basdırılması ilahiyyatçıların etirazına səbəb oldu – VİDEO

Cəmiyyət

Sumqayıtda “Köhnə qəbiristanlıq” adlanan ərazidə insan məzarlarının yanında pişik qəbri də var. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, qəbiristanlıqda insan məzarının yanında pişik üçün qəbirüstü abidə düzəldilib.

“Masya” adlı pişiyin qəbri mərmərlə örtülüb, üzərinə heyvanın şəkli həkk olunub, ətrafı abadlaşdırılıb, yanında insanların əyləşməsi üçün oturacaq da qoyulub.

Maraqlıdır ki, bu qədər işlərin görüldüyü qəbiristanlıqda məzarlığa nəzarət edən şəxs basdırılma prosesindən xəbərsiz olduğunu deyir.

Pişiyin qəbiristanlıqda basdırılması və ya sadəcə başdaşı düzəldilməsini şəhər sakinləri də birmənalı qarşılamayıblar.

Bəs insan qəbiristanlığında heyvan basdırılmasına ilahiyyatçıların münasibəti necədir?

İlahiyyatçı Gülağa İsmayılov hesab edir ki, insan olduğu yerdə heyvan dəfn etmək qəbiristanlıq əhlinə hörmətsizlik sayılır.

Onun fikrincə, heyvanlar öldükdə basdırılmalıdır ki, hər hansı xəstəlik yayılmasın. Ancaq onların basdırılma yeri insan qəbiristanlığı deyil.

Mövzu ilə bağlı hazırlanmış videomaterialı təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir