Ukraynada öldürülən azərbaycanlıların nəşi Gəncəyə gətirildi – FOTO

Cəmiyyət

Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən azərbaycanlıların nəşi Gəncənin Gülüstan qəsəbəsinə gətirilib.

APA-nın xəbərinə görə, onlar səhər Göygöldə dəfn olunacaqlar.

Xatırladaq ki, 27-i ferval tarixində qohumluq əlaqələri olan 40 nəfərdən artıq 8 avtomobilddən ibarət həmyerlilərimiz Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov dünyasını hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandır və Gəncə şəhərində məskunlaşıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir