Bakıda dəhşətli qəza: Betonqarışdıran maşın minik avtomobilinin üzərinə aşdı – YENİLƏNİB

Cəmiyyət

Suraxanı rayonunda baş verən ağır qəzada üç nəfər xəsarət alıb.

Bu barədə Oxu.Az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, saat 13:06-da hadisə barədə təcili tibbi yardıma müraciət daxil olub:

“Daxil olan müraciət əsasında hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası xəsarət alan 3 nəfəri paytaxtın 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb”.

14:08

Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub.

Bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.

Bildirilib ki, Suraxanı rayonu, Aeroport yolunda betonqarışdıran maşın “Opel” markalı avtomobilin üzərinə aşıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı Oxu.Az-a təsdiqləyib:

“Hazırda DYP əməkdaşları tərəfindən yolda hərəkət tənzimlənir. Hadisə nəticəsində xəsarət alanlar var”.

İlhamə Əbülfət, Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir