Səmranın maşınından oğurluq edən SAXLANILDI – FOTO/VİDEO

Cəmiyyət

Daxili İşlər Nazirliyi (DİN) müğənni Səmra Rəhimlinin avtomobilindən oğurluq edən şəxsin saxlanılması barədə məlumat yayıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb. Hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub.

Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, Səmra Rəhimli özü də sosial şəbəkədə izləyicinin sualını cavablandıraraq oğurluq edən şəxsin tutulduğunu bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir