Ştrixkodlaşdırma sistemi ilə bağlı yeni dövlət standartı qəbul edildi

Cəmiyyət

Ştrixkodlaşdırma sisteminin təkmilləşdirilməsi üzrə yeni dövlət standartı qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində əmtəələrə beynəlxalq unikal Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin ayrılması (GTIN) və onun əsasında tərtib edilən ştrixkodlardan düzgün istifadənin təmin edilməsi məqsədilə AZS 907-2022 “Avtomatik identifikasiya. Ştrixkodlaşdırma. Ümumi müddəalar. GS1 sistemində əmtəə nömrələrinin formalaşması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları” yeni dövlət standartı qəbul edilib.

Məlumata görə, yeni standart layihəsini Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu qəbul edib, standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Standartın tətbiqi ölkədə ştrixkodlaşdırma prosedurlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, istehsal olunan məhsulların vahid sistem üzrə identifikasiyasının təmin edilməsi və ixrac potensialının gücləndirilməsinə xidmət edəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir