Xızıda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər – FOTO

Cəmiyyət

Respublikanın bütün bölgələrində olduğu kimi Xızı rayonundan olan şəhid ailələri də hər zaman diqqət mərkəzindədir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Xızı rayonundan olan 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib. Şəhidlərin əziz xatirələri yad edilib, onların həyatı və keçdikləri döyüş yolu haqqında söhbətlər aparılıb. Daha sonra şəhid ailələrinə bayram sovqatları verilib.

Eyni zamanda polis əməkdaşları tərəfindən aztəminatlı ailələrə və tənhalara bayram sovqatları verilib. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir