Bakıda qeyri-adi qəza: “Mercedes” iki “Prius”un üzərinə çıxdı – VİDEO

Cəmiyyət

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Binəqədi rayonu Şövkət Məmmədova küçəsində qeydə alınıb. 

Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, maşını eyni istiqamətdə hərəkətdə olan iki “Toyota Prius” markalı nəqliyyat vasitəsinin üzərinə çıxarıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi zərər dəyib.

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. 

Həmin videonu təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir