Göygöl illər sonra yenidən dondu – FOTO

Cəmiyyət

“Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qaldı. Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donub”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O bildirib ki, hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir.

Bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub”.

“Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçiləri hələ davam edən tətil günlərində Göygöl Milli Parkına gəlməyə, gecikmiş qış mənzərəsindən zövq almağa dəvət edirik”, – deyə F.Əliyev qeyd edib. 

Qeyd edək ki, Göygölün üst qatı 2017-ci ilin martında da buz bağlamışdı.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir