FHN əməliyyat görüntüləri yaydı – VİDEO

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış və iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində iki nəfər xilas edilib. Həmçinin FHN-in qüvvələri Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən suyu çəkib kənarlaşdırıblar. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir