Nişanlı gənc qız evlənmək istəmədiyi üçün özünü xəstəxana binasından atdı

Cəmiyyət

Gəncədə qadın özünü xəstəxanın 3-cü mərtəbəsində atıb.

Oxu.Az-ın məlumatına görə, hadisə  Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib. Xəstəxananın II Terapiya şöbəsində tibb bacısı işləyən 2001-ci il təvəllüdlü G.Mahmudova özünü işlədiyi xəstəxanın 3-cü mərtəbəsindən atıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə 2001-ci G.Mahmudova sözü gedən xəstəxanada tibbi bacısı işləyir.

Onun intihar etməsinin səbəbi isə ailə münaqişəsindən olub. Nişanlı olan qızın aprelin 15-də toyu olacaqmış. Ailə həyatı qurmaq istəməyən 21 yaşlı tibb bacısı telefonda anası ilə mübahisə etdikdən sonra bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir