Bakıda tələbə qız faciəvi şəkildə öldü

Cəmiyyət

Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində III kurs tələbəsi vəfat edib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobilin sərnişini Cəfərzadə Aysel Ruslan qızı hadisə yerində keçinib.

Aysel Cəfərzadə Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir