Bakıda içi pulla dolu olan maşının sürücüsü qoçuluq etdi – VİDEO

Cəmiyyət

Bakıda inkassator avtomobilinin sürücüsünün etdiyi təhlükəli hərəkətlər kameraya düşüb.

Görüntünü qeydə alan sürücü bu barədə Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb.

Onun sözlərinə görə, aprelin 7-də idarə etdiyi avtomobillə paytaxtın İnşaatçılar prospektində hərəkət edərkən sol zolaqda olan, 99-JZ-191 qeydiyyat nişanlı pul mədaxilinin inkassasiyası avtomobili manevr qaydasını pozaraq ona təhlükə yaradıb. Şərait yaradılmadığını görən inkassator avtomobilinin sürücüsü Abbasqulu ağa Bakıxanov prospektində görüntünü qeydə alan sürücünün qarşısını kəsərək avtomobili dayandırıb. Sürücü bildirir ki, avtomobilində olan körpə uşaqlar inkassator maşınındakı silahlı şəxsin ona irad bildirməsinə görə qorxu keçiriblər. Eyni zamanda sürücü qeyd edir ki, inkassator avtomobilinin sayrışan işıqlarının yanmasına baxmayaraq, xüsusi səs siqnalı sönülü vəziyyətdə olub.

“Yol hərəkəti haqqında” qanunun 74-cü maddəsinin II hissəsində qeyd olunub ki, operativ nəqliyyat vasitələrinin sürücüləri, hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər.

Qanunun bu müddəasında aydın şəkildə yazılıb ki, operativ nəqliyyat vasitələrinin sürücüləri üstünlük əldə etmək üçün sayrışan işıqlarla bərabər, xüsusi səs siqnalını da qoşmalıdırlar. Videogörüntüdəki sürücü səs siqnalını qoşmadığı üçün pozduğu qaydaya görə məsuliyyətə cəlb edilə bilər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir