Teymur Musayev: “Əksər xəstəxanalar, demək olar ki, boşdur”

Cəmiyyət

Artıq ölkədə koronavirus xəstələrinin müalicə olunduğu əksər xəstəxanalar boşdur.  

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib. 

Nazir bildirib ki, gündəlik yoluxma sayları kifayət qədər azalıb:

“Simptomlu xəstələrin sayı nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Eyni zamanda xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da azalıb. Ona görə də əksər xəstəxanalar, demək olar ki, boşdur.

Qeyd edim ki, xəstəxanalar bağlanmayıb, sadəcə fəaliyyətlərini dayandırıblar. Bu ənənə pandemiyanın müxtəlif dalğalarında eyni formada tətbiq edilib. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir