Şəkidə zəncirvari qəza oldu

Cəmiyyət

Şəki şəhərində “Niva” və “Mercedes” markalı iki minik avtomobili toqquşaraq, yol kənarında dayanan “Hyundai” markalı maşına çırpılıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar müxtəlif xəsarətlər alaraq, “Niva” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir