Yüksək vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başlayıb

Cəmiyyət

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 may 2022-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2022-ci il 13 may saat 11:00-dək aparılacaq.

İmtahan kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28-də, keçmiş Bakı Asiya Universitetinin binasında keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır.

Qeyd edilib ki, qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədikləri məbləğ geri qaytarılmır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir