Sabiq nazir müavini hazırki məşğuliyyətini AÇIQLADI: “Tar çalıram”

Cəmiyyət

“Hazırda musiqi ilə məşğulam, ud, tar çalıram. Həmçinin idmanla da məşğulam. Səhhətim də yaxşıdır”.

Bunu Unikal.org-a açıqlamasında gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılov deyib.

O, idmançılara kömək etdiyini də qeyd edib.

“Ümumiyyətlə, sağlam həyat tərzi keçirirəm. Pensiyada olan insan başqa nə etməlidir ki? Təklif olarsa, bundan sonra da dövlət qurumlarında çalışmağa və mənə olan etimadı doğrultmağa hazıram. Yəqin ki, məsləhət görülərsə, işlə bağlı təklif də olacaq”, – deyə sabiq nazir müavini bildirib.

Qeyd edək ki, İsmayıl İsmayılov ötən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir