Yol polisi əməkdaşı qanunsuz xidmət aparır – VİDEO

Cəmiyyət

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qanunsuz xidmət aparırlar.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Belə ki, polis əməkdaşının idarə etdiyi 90-YP-862 dövlət qeydiyyat nişanlı maşınla qanunsuz xidmət aparılıb. 

Həmin şəxs maşını əsas yoldan 40 metr kənarda, ağacın arxasında saxlayaraq, xidmət aparıb.

Qeyd edək ki, “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.3-cü maddəsinə (Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır) əsasən, qeyd olunan xidmət qanunsuzdur. 

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir