Səhiyyə ocağından qəfil ölən məktəblinin anasının fəryadına CAVAB: “Təcili yardım maşını bizə səhv gəlmişdi”

Cəmiyyət

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun anası Mədinə Osmanovanın oğlunun qəfil dünyasını dəyişməsində həkim səhlənkarlığı və biganəliyinin olması barədə ittihamına cavab verib. 

İnstitutdan Oxu.Az-a bildirilib ki, Ramal Osmanov xəstəxanaya göndərişlə gəlmədiyi üçün uşağın ora gəlişindən məlumatları olmayıb:

“Uşağa ilkin tibbi yardım elə Sumqayıt Şəhər Uşaq Xəstəxanasında göstərilib. Daha sonra təcili tibbi yardım maşını bizim xəstəxanaya səhvən gəlib. Təcili yardım maşınında növbətçi həkimimiz baxış keçirib”.

“Sadəcə bizdə lor (qulaq, burun, boğaz ) sahəsində ixtisaslaşmış həkim olmadığı üçün xəstə vaxt itkisi olmadan Kliniki Tibbi Mərkəzin Uşaq Klinik xəstəxanasına yönləndirilib”, – deyə qeyd edilib. 

Qeyd edək ki, bir həftə əvvəl Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanov qəfil dünyasını dəyişib. Onun anası Mədinə Osmanovanın oğlunun vəfat etməsində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) və Ə.Qarayev adına 2 nömrəli Uşaq Klinik Xəstəxanasının həkimlərinin heç bir yardım göstərmədiklərini bildirmişdi.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir