İmmunlaşdırmadan kənarda qalan uşaqlar barədə AÇIQLAMA

Cəmiyyət

“Uşaqların vaksinasiyasının növbəlilik prinsipi ilə həyata keçirilməsi nəzərdə tutulur”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Aygün İsmayılova məlumat verib.

O bildirib ki, tibb müəssisələrində peyvənd materiallarının tam təminatı təşkil edilir:

“Belə ki, “İmmunlaşdırma həftəsi” zamanı peyvəndlərin vacibliyi və təhlükəsizliyi barədə davamlı olaraq əhali qrupları maarifləndiriləcək. COVID-19 infeksiyasına görə epidemioloji vəziyyət nəzərə alınaraq, uşaqların immunlaşdırılmasının növbəlilik əsasında aparılması nəzərdə tutulur”.

Müxtəlif səbəbdən immunlaşdırmadan kənarda qalan uşaqlar üçün hansı tədbirlərin görüləcəyinə dair sualı cavablandıran şöbə müdiri qeyd edib ki, müəyyən müddət ərzində müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalan uşaqların planlı vaksinasiyaya cəlb olunması “İmmunlaşdırma həftəsi”nin əsas məqsədlərindəndir:

“Kampaniya çərçivəsində hər bir tibb müəssisəsi tərəfindən onların siyahıları hazırlanır və immunlaşdırmaya cəlb olunmaları planlaşdırılır”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir