TƏBİB Zəfər Qurultayına görə gücləndirilmiş iş rejiminə keçib – FOTO

Cəmiyyət

Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı öz işinə başlayıb. 

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və 1000-dən çox qonağın iştirak etdiyi tədbirin iştirakçılarını zərurət yarandıqda tibbi xidmətlərlə təmin etmək üçün TƏBİB-in ərazi tibbi müəssisələri tədbir müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Hazırda Şuşa Modul Xəstəxanası  24 saat xidmət göstərməkdədir. 

Eyni zamanda, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Yardım birqadaları (16 briqada) tədbirin keçirildiyi məkana, qonaqların yerləşdirildiyi mehmanxanalara və Füzuli Mərkəzi Xəstəxanasına cəlb olunub. 

Tədbir iştirakçılarından “COVlD-19” üzrə PZR test nümunələrinin götürülməsi də TƏBİB tərəfindən təmin edilib.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov tibbi xidmətlərin təşkili ilə bağlı vəziyyətlə yerində tanış olmaq üçün Şuşada səfərdədir.  

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir