Azərbaycanda kişi gəlininin üzərinə kimyəvi maddə tökərək yandırdı – VİDEO

Cəmiyyət

Qayınata gəlinin üzərinə kimyəvi maddə tökərək yandırıb.

Bununla bağlı ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişində şikayətçi olan qadın məlumat verib.  

O bildirib ki, qızının qayınatası ailə münaqişəsi zəminində qızının üzərinə kimyəvi maddə töküb. Gəlinin yandığını görən qayınata onu evdən bayıra atıb. Hadisənin beş ay əvvəl baş verməsinə baxmayaraq, onlar polisə müraciət etməyiblər. İndi isə ağır vəziyyətdə olan gəlinə kömək edilməsi üçün yardım istəyirlər. 

Hadisənin Azərbaycanın hansı rayonunda baş verdiyi isə açıqlanmayıb.

Ətraflı videoda izləyin:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir