Meşələrin mühafizəsinə “Azərkosmos” da qoşulacaq? – AÇIQLAMA

Cəmiyyət

Bütün sahələrdə xidmətlərin elektronlaşdırılması nəzərdə tutulub. Bu istiqamətdə biz dünya təcrübəsindən istifadə edirik.

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev “Facebook”da yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı məlumat verib.

O bildirib ki, meşə əraziləri üzərində baş verən dəyişikliklərin süni intellekt vasitəsilə müəyyən edilməsi üzərində işlər gedir:

“İnsan faktoru nəticəsində ağacların qırılması, kənar müdaxilə səbəbindən baş verəcək hadisələrin süni intellekt nəticəsində müəyyən edilməsi barədə işlərimiz gedir. Bununla bağlı biz “Azərkosmos”la müzakirələr aparırıq. Danışıqlar gedir, innovativ tədbirlər istiqamətində razılıq əldə edilərsə bu layihənin işlənməsi gözlənilir”.

“2023-cü ilin sonuna kimi bütün meşə fondunun xəritələrinin hazırlanması gözlənilir. Artıq 19 rayon üzrə meşə ərazisində ölçmə işləri aparılır. Bəzilərində artıq bu işlər yekunlaşdırılıb”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir