Nazirlikdən havadakı toz dumanı ilə bağlı AÇIQLAMA

Cəmiyyət

Havada toz dumanı müşahidə olunub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub. Bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova deyib.

O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri  Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1.1, Səbail rayonunda isə 1.2 dəfə normadan çoxdur. 

G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir