İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfində tibbi xidmətlərin sayı artırılacaq

Cəmiyyət

“Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə Agentlik tərəfindən layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub”. 

Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib. 

O bildirib ki, 700 tibbi xidmətin İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur: 

“Koxlear implantasiya əməliyyatının sayının 400-ə qədər (əvvəlki say 300), endoprotezləşdirmə əməliyyatının sayının isə 1200-ə qədər artırılması təklif edilib (əvvəlki say 300). İlkin səhiyyə xidməti, TTTYX, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb”. 

Xidmətlər zərfinin yaxın bir ay ərzində təsdiqlənməsi gözlənir.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir