Bakıda əcaib avtomobil: Şoseni zibilxanaya döndərir – VİDEO

Cəmiyyət

Bakıda heç bir standarta uyğun gəlməyən, hətta markasının belə müəyyən edilməsi çətin olan yük avtomobili sürücülərin diqqətini çəkib.

Bakupost.az xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkət edən 19-ZA-082 nömrə nişanlı avtomobilin yük yerinə doldurulmuş müxtəlif tullantılar yola, digər avtomobillərin üzərinə düşüb.

Sürücülər belə avtomobilin necə təhlükə yaratması, ətrafı zibilləməsi, üfunətə qərq etməsilə bağlı ərazidə xidmət aparan yol polisinə müraciət etsə də, bu bədheybət avtomobili durduran olmayıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir