Yoluna it çıxdı, maşını aşırdı: Xəsarət alanlar var

Cəmiyyət

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 

Belə ki, yolda qarşısına çıxan itə görə “Khazar” markalı avtomobil sürücüsü idarəetməni itirib və su kanalına düşüb. 

İlkin ehtimala görə, baş verən qəzada 4 nəfər xəsarət alıb. 

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir