Çay daşlarından unikal sənət nümunələri yaradan Xaçmaz sakini – VİDEO

Cəmiyyət

Xaçmaz sakini Ədalət Pirverdiyev çaylardan topladığı daşlardan unikal sənət nümunələri hazırlayır. 

Oyma ustası daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. Azərbaycanın bir çox siyasi, ictimai və mədəniyyət xadimlərinin portretlərini daş üzərinə həkk edən müəllif kiçik bir təsviri yaratmaq üçün 2-3 ay vaxt sərf etdyini qeyd edir.

Onun yaratdığı bir sıra əsərlər ölkəmizdə, həmçinin beynəlxalq sərgilərdə nümayiş etdirilib, mükafatlara layiq görülüb. Hazırda onun bir sıra sənət nümunələri Xaçmaz Tarix və Diyarşünaslıq muzeyində sərgilənir.

Qeyd edək ki, 30 ildir daş üzərində oyma sənəti ilə məşğul olan, daşları danışdıran sənətkar kimi tanınan Ədalət Pirverdiyev bu günə qədər müxtəlif mövzularda 500-dən çox əl işi ərsəyə gətirib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir