Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı – Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.
“Ford” markalı maşın yolu keçmək istəyən piyada, hələlik şəxsiyyəti məlum olmayan 30-35 yaşlı kişini vurub.
Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az