Azərbaycanda qanunla bağlı bütün sənədləri bir MOBİL TƏTBİQDƏN öyrənmək mümkün olacaq

Cəmiyyət

Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək. 

Oxu.Az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilk aktları, sənədlərlə tanış ola biləcəklər.

“Eyni zamanda doğum və ölüm faktlarının dəqiq statistikasının aparılması çox vacibdir. Pandemiya dövründə biz bununla bağlı çəinliklərlə üzləşmişdik. Nəticədə çox vacib işlər gördük. Vurğulayım ki, hazırda doğum və ölümün statistikasının aparılması ilə bağlı heç bir problem yoxdur. Bu halların dəqiqələr içində uçotu aparılır”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir