Vəkillər Kollegiyasının sədri: “Biz demirik ki, hər şey idealdır”

Cəmiyyət

“Biz demirik ki, bizdə hər şey idealdır, amma biz bu problemləri bilirik və həll etməyə çalışırıq. Ən böyük problemimiz gənclərin vəkilliyə üz tutmaması idi”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, bu gün problemin həll olunduğunu demək olar:

“Vəkillik üçün müraciət edənlərin sayı artır. Buna da səbəb qanunların aliliyi və vəkillərin fəaliyyətinə verilən dəstək, qayğıdır. Biləsiniz ki, bu gün başqa ölkələrdə Azərbaycanda vəkillərin fəaliyyəti və yaradılan tədris mərkəzləri nümunə olaraq götürülür”.

“Mən yeni təyin ediləndə rayonlardan vəkillər mənə zəng edirdilər ki, pul ala bilmirik. Amma mən bu məsələni prioritet məsələ kimi qarşıya qoydum və bu məsələni həll etdim. Bu gün heç bir vəkil bu cür söhbətlər etmir. Bu gün monitorinqlər aparırıq, vəkillərin problemləri ilə maraqlanırıq və onların müsbət fəaliyyətini dəstəkləyirik. Bizə əsas vacib olan odur ki, vəkillər vətəndaşların hüquqlarını müdafiə etsinlər. Bu gün bu sahədə korrupsiya şəraiti tamamilə aradan qaldırılıb”, – deyə A.Bağırov qeyd etdi.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir