Sabirabadda avtomobil kanala aşıb: Ölənlər var

Cəmiyyət

Sabirabad rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə gecə saat 04:30 radələrində Sabirabad rayonunun Ələmbəyli kəndində qeydə alınıb.

Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1987-ci il təvəllüdlü Pənciyev Namiq Əlihüseyn oğlu idarə etdiyi 18-BE-863 dövlət nömrə nişanlı avtomobili qəfil kanala aşırıb.

Nəticədə sürücü və sərnişini – Bala Həşimxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Yaqubov Vüsal Rüstəm oğlu avtomobildə boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir