Mustafa Varank: “Bizə PUA satmayan ölkələr bu gün Türkiyənin rolunu görürlər”

Cəmiyyət

“Bu gün tək Türkiyə deyil, Azərbaycan adına da sevinirik”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, iki qardaş ölkənin qazandığı uğurlar insanın gözlərini yaşardır:

“Biz bu gün tarixi anlara şahid oluruq. İki qardaş ölkə texnologiya sahəsində yeni bir atəş yandırır. Bu gün burada iştirak edən gənclər sabah dünyanın gedişatına istiqamət verən mühəndislər, texnoloqlar olacaqlar. Hər bir texnologiyanı incələməyi tövsiyə edirəm. Bu, gənclər üçün çox önəmlidir”.

O bildirib ki, bundan 10 il öncə pulu ilə olsa belə, bəzi ölkələr Türkiyəyə texnika satmırdılar:

“Türkiyə terrorla mübarizə apararkən bəzi ölkələr bizi texnika təminatından məhrum etdilər. Lakin bizə PUA satmayan ölkələr bu gün Türkiyənin texnologiyaların inkişafında rolunu görürlər. Bunun üçün gənclərə yol göstərib, şərait yaradıldığında hər şey mümkündür. Bu baxımdan “TEKNOFEST” hər il rekord qıraraq öz yoluna davam edir. Biz bunu yarışa olan müraciətlərdən görə bilirik. Altı mindən çox yarış iştirakçısı var. Qalib olanların hədiyyələrini Prezident Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edəcək”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir