İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi – ÖZƏL

Cəmiyyət

Azərbaycan İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan” Qapalı Səhmdar Cəmiyyətini məhkəməyə verib.

Oxu.Az-ın məlumatına əsasən, İqtisadiyyat Nazirliyinin tərkibində olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə iddiası qaldırılıb.

“McDonald’s Azerbaijan” müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməməkdə təqsirləndirilir.

Buraya icarə müqaviləsi üzrə mübahisələr də daxildir.

Qeyd edək ki, məhkəmə prosesi iyun ayında başlayacaq.

Aqil Vəlili

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir