Azərbaycanlı məktəblinin ixtirası sayəsində dəniz və okeanlar daha təmiz OLACAQ

Cəmiyyət

Bakıda 11-ci sinif şagirdinin ixtirası sayəsində dəniz və okeanları tullantılardan təmizləmək mümkün olacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, İdrak liseyinin 11-ci sinif şagirdi Emil “Clean Aqua” ixtirasını təqdim edib.

Qeyd edilib ki, sözügedən cihaz suyu içəriyə çəkir, filtr suyu təmizləyir və yenidən dənizə boşaldır. Zibil isə konteynerə yığılır.

Adıçəkilən qurğu bir metr dərinlikdə quraşdırıldığı üçün sudakı canlılara zərər vurmur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir