Ölkə üzrə son sutkada bir nəfər COVID-19-a yoluxub – FOTO

Cəmiyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına bir yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 759 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 998 nəfər müalicə olunaraq sağalıb, 9713 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

Ölkədə son sutka ərzində 1 706, hazırkı dövrədək isə 6 892 285 test aparılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir