İllik vəsait təqaüdlər üzrə 5,1 dəfə ARTIB – FOTO

Cəmiyyət

Son 4 ildə həssas qruplara yönələn müavinət və təqaüdlərin, ünvanlı yardımların artırılması istiqamətində də ardıcıl olaraq mühüm addımlar atılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, həmin sosial ödənişlərin əhatə dairəsi xeyli genişlənib.

Bu proseslər müvafiq istiqamətlər üzrə ayrılan vəsaitlərdə də ciddi artımlarla nəticələnir.

2018-2022-ci illərdə dövlət büdcəsindən müavinətlər üzrə ayrılan illik vəsaitin məbləği 3 dəfə, təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği 5,1 dəfə artıb.

Ünvanlı sosial yardımla üzrə ayrılan illik vəsaitdə isə 30 faiz artım baş verib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir